Əbülfəz Naxçıvanlı vəfat edib

Şair-dramaturq Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin nəvəsi, Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı, şair, publisist Əbülfəz Naxçıvanlı dünyasını dəyişib. Məlumatı “Media forum” saytına filologiya üzrə elmlər doktoru, Hüseyn Cavidin Ev Muzeyinin ictimaiyyətlə əlaqələrə məsul şəxsi Gülbəniz Babaxanlı verib.

Əbülfəz Naxçıvanlı 1948-ci ildə Naxçıvanda anadan olub. 1972-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 1992-ci ildən “Maarif” nəşriyyatının redaktoru olub.

1965-ci ildən mətbuatda müntəzəm çıxış edən Əbülfəz Naxçıvanlı 400-dən çox publisistik məqalənin, şeirlər və poemalardan ibarət 11 kitabın, eləcə də 2 monoqrafiyanın müəllifidir.

Allah rəhmət eləsin!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO