Ərdoğan: Türkiyə Rusiyadakı səfirini geri çağıra bilər

Rusiya Prezidenti Vladimir Putinin qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı Ermənistanda keçirilmiş tədbirlərdə iştirak etməsinə görə Türkiyə Rusiya ilə münasibətlərinə yenidən baxa bilər. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixçilərlə görüşü zamanı bildirib.

Bu barədə Trend Türkiyənin “Milliyet” qəzetinə istinadən məlumat verir.

Ərdoğan deyib ki, Türkiyə lazım gələrsə, bu ölkədəki səfirini də geri çağıra bilər.

Pzezidentin sözlərinə görə, Ankara Rusiya ilə münasibətlərinə ciddi önəm verir, lakin Rusiya və bütün dünya bilməlidir ki, bu, bizim üçün ciddi və həssas məsələdir.

Ərdoğan onu da qeyd edib ki, Rusiya Prezidenti ilə telefon danışığı zamanı o Vladimir Putinə bu barədə narazılığını bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO