“Ən qısa hekayə” müsabiqəsinin qalibi 300 manat mükafat alacaq

“Kulis.az” saytının  keçirdiyi “Ən qısa hekayə” müsabiqəsinin səsverməsi bir neçə gün öncə başa çatıb. Portaldan Modern.az-a verilən məlumata görə, müsabiqənin qalibləri, o cümlədən Facebook qalibi artıq məlumdur.

Müsabiqə komissiyasını üzvi və “Kulis.az”ın redaktoru Ağa Cəfərlinin dediyinə görə, qaliblərin adları yanvarın 17-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək tədbirdə açıqlanacaq.

A. Cəfərli daha sonra artıq bəlli olan qaliblərə veriləcək mükafat barədə də danışıb: 

“Əvvəldən nəzərdə tutulduğu kimi üç nəfər qalib adına layiq görülüb. Qalibləri iştirakçıların özü səsvermə ilə müəyyən edib. Birinci yer üçün – 300 manat, ikinci yer üçün – 200 manat, üçüncü yer üçün – 100 manat pul mükafatı nəzərdə tutulub. Bir də ən çox “like “toplayan Facebook qalibimiz də var.

Qaliblərin hamısına diplomlar da veriləcək”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO