Əməkdaşların ölümündə jurnalın redaktoru günahkardır

Fransanın “Charlie Hebdo” satirik jurnalının həmtəsisçilərindən olan 80 yaşlı Anri Russel Jurnalın baş redaktoru Stefan Şarbonnyenin siyasətini redaksiya əməkdaşlarının ölüm səbəbi hesab edir: “S.Şarbonnye tərəfindən diktə edilən təxribatçı karikatura stili “Şarb” adı ilə tanınan Şarbonyenin özü də daxil olmaqla, 12 nəfərin ölümünə səbəb olub.”

Bu barədə SalamNews RİA “Novosti”yə istinadla xəbər verir.

“Mən, həqiqətən, bunda səni ittiham edirəm. Nə üçün komandanı qorxulu işə girişməyə məcbur etdin?”, – Russel ölən Şarbonnyeyə müraciət edib.

A.Russel jurnalın 2011-ci ildə Məhəmməd peyğəmbərlə (s) bağlı karikatura dərc etdiyini xatırladıb: “Həmin hadisədən sonra redaksiya binasında yanğın törədilib. Buna baxmayaraq, Şarbonye bu təxribatı 2012, 2013 və 2015-ci illərdə də təkrarladı. Məhz sonuncu halda radikallar 12 nəfəri öldürdülər.”

– See more at: http://salamnews.org/az/news/read/159176#sthash.vwIXONJC.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO