Əli Həsənov ABŞ, Fransa və Rusiyanı sərt ittiham edib

ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya son 20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində heç bir iş görməyib. Trend-in məlumatına görə, bu barədə Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlər ilə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda konfransda çıxışında deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycanın yeganə həll olunmamış problemi Dağlıq Qarabağ problemidir: “Dağlıq Qarabağ məsələsinin həll olunmamasının səbəbi ABŞ, Fransa və Rusiyanın ədalətsiz mövqeyidir. Bu münaqişə həll olunmayana, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayana qədər mən bu dövlətləri tənqid edəcəm”.

Ə.Həsənov vurğulayıb ki, başda Qorbaçov olmaqla bu problem Sovet İttifaqı tərəfindən yaradılıb, Yeltsin davam etdirib və bu gün də qalmaqdadlr.

Ə.Həsənov qeyd edib ki, Ermənistandakı hazırkı rejimin mövcudluğunda Rusiyanın böyük rolu var.

Baş nazirin müavini Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin mütləq azad ediləcəyini də vurğulayıb: “O insanlar bizim torpaqlarımızdadır. Dilqəm Əsgərov da son sözündə dedi ki, “Dağlıq Qarabağ Respublikası”nı tanımır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO