Əflatun Amaşov “Xalq cəbhəsi ” qəzetinin kollektivi ilə görüşüb

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov “Xalq cəbhəsi” qəzetinin redaksiyasında bu kütləvi informasiya vasitəsinin yaradıcı kollektivi ilə görüş keçirib.

SalamNews xəbər verir ki, görüş Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 24 sentyabr 2014-cü il-cü il tarixli sərəncamından irəli gələn vəzifələrin reallaşdırılması məqsədi daşıyıb.

MŞ sədri Əflatun Amaşov bildirib ki, dövlət başçısının sərəncamında Mətbuat Şurasına hərbi sahədə Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkilinin tövsiyə olunduğunu diqqətə çatdırıb. Ə.Amaşov rəhbərlik etdiyi qurumun sənəddən irəli gələrək bir sıra «dəyirmi masa»lar təşkil etdiyini diqqətə çatdırıb. O, MŞ-nin İdarə Heyətinin üzvlərinin gələcəkdə də redaksiyalara baş çəkəcəklərini və bu görüşlərin mütəmadi xarakter daşıyacağını vurğulayıb.

Görüşdə cəbhə xətti ilə bağlı materiallardakı spesifik cəhətlər ətrafında müzakirələr aparılıb. Jurnalistlərin dövlət sirrinin mühafizəsi ilə bağlı məqamlara həssas yanaşmalarının zəruriliyi əsaslandırılıb. Bununla əlaqədar suallar cavablandırılıb, maraq doğuran məsələlərin təhlili verilib.

Bildirək ki, indiyədək dövlət başçısının sözügedən sərəncamından irəli gələn tədbirlərin reallaşdırılması məqsədilə MŞ-nin İdarə Heyəti üzvlərinin «Xalq qəzeti»ndə, «Azərbaycan», «Kaspi» və «Azərbaycan müəllimi» qəzetlərində, Azadinform İnformasiya Agentliyində redaksiya əməkdaşları ilə görüşləri baş tutub.

– See more at: http://salamnews.org/az/news/read/159905#sthash.LiJ76Vp5.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO